Home

Maşın Füzulini tərcümə edə bilməz

      Son dəqiqə

      «Dilmanc» maşın tərcüməsi sisteminin qüsurdan xali olmadığını aprelin 13-dəki təqdimat mərasimində layihə müəlliflərinin özləri də dönə-dönə etiraf etdilər. Onlar bunu «Dilmanc»ın Azərbaycanda ilk və hələlik tək maşın tərcümə sistemi olması, ilk addımı atanların səhvlərinin də çox olması ilə izah etdilər.
      Amma müəlliflər hesab edirlər ki, böyük əmək və külli miqdarda pul xərclənən layihənin bütün nöqsanlarını istifadəçilərin sayı artdıqca, daha dəqiq görəcəklər. Onun nə qədər yararlı olub-olmadığını prosesdə müəyyənləşdirəcəklər.


©  dilmanc.az