PROMT tərcümə proqramı (PROject MT)

"Promt" eyniadlı şirkəti tərəfindən Sankt-Peterburq şəhərində 1991-ci ildə yaradılmışdır. Bu proqram həm lüğət vəzifəsini görür, həm də tərcüməçi. PROMT maşın tərçümə proqramı vasitəsi ilə istənilən mətn tərcümə edilə bilər.

Tərcümə istiqamətləri:

* İngilis-Rus, Rus-İngilis
* Alman-Rus, Rus-Alman
* Fransız-Rus, Rus-Fransız
* İspan-Rus, Rus-İspan
* İtalyan-Rus

"Promt 8.0" adlanan yeni versiya şirkətin mütəxəssisləri tərəfindən 2 il müddətində sınaqdan keçirilmiş tərcümə alqoritmləri əsasında hazırlanmışdır. Yeni versiya mətnin mənaca bitmiş olan hissəsinin təhlil edilməsinə, bir çox linqvistik strukturlarının və qəlibləşmiş söz birləşmələrinin dəqiq tərcümə olunmasına imkan verir.

Söz ehtiyatlarının zənginləşdirilməsi məqsədilə proqram daim yeniləşən Multitran tərcümə bazasına malikdir.


© dilmanc.az