Yeni layihənin təqdimat mərasimi
Submitted by admin on 16 April, 2006 - 01:45. Xalq qəzeti
Bəhmən MİRZƏ
Bu günlərdə Bakı Əyləncə Mərkəzində Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının “Milli İdarəçilik Şəbəkəsi Təşəbbüsü” layihəsi çərçivəsində hazırlanmış “Dilmanc” Azərbaycan-ingilis maşın tərcüməsi sisteminin tədqimat mərasimi keçirilmişdir.
nbsp; Mərasimdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış etmişdir. O bildirmişdir ki, BMT-nin İnformasiya Cəmiyyəti yaradılması ilə bağlı 2003-cü ilin dekabrında Cenevrədə keçirilmiş dünya sammitinin materiallarında hər bir xalqa öz ana dilində informasiya əldə etmək imkanının yaradılması və bunun üçün müxtəlif tərcümə sistemlərinin hazırlanmasının zərurəti qeyd edilmişdir.
nbsp; Bu sammitdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanda informasiya və bilik bazasının formalaşdırıldığını, inkişaf etdirildiyini, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradıldığını, informasiya-kommunikasiya xidmətlərinin yaxın gələcəkdə daha da genişləndiriləcəyini bildirmiş, ölkədə yaradılmış Neft Fondunun əsas məqsədlərindən birinin “qara qızıl” neft ehtiyatlarını “insan qızılı”na çevirmək olduğunu bəyan etmişdir. Bunları nəzərə alaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMTİP “Milli İdarəçilik Şəbəkəsi Təşəbbüsü” layihəsi çərçivəsində “Azərbaycan dilindən ingilis dilinə maşın tərcüməsi sisteminin təkmilləşdirilməsi və ingilis dilindən Azərbaycan dilinə maşın tərcüməsi sisteminin yaradılması” layihəsinin yerinə yetirilməsini məqsədəuyğun saymışdır.