Maşın tərcüməsi sisteminin təqdimat mərasimi keçirildi
Submitted by admin on 14 April, 2006 - 19:18. Azərbaycan qəzeti
Bəhmən MİRZƏ
Dünən Bakı Əyləncə Mərkəzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə himayədarlıq etdikləri "Dilmanc" maşın tərcüməsi sisteminin təqdimat mərasimi keçirildi. Mərasimi giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təqdim olunmuş "Dilmanc" maşın tərcüməsi sisteminin respublikamız üçün çox böyük əhəmiyyət daşımasından, elektron məkanda Azərbaycan dilinin geniş işlənməsinin təmin edilməsindən (Windows sisteminin lokalizasiyası, Linux sisteminin lokalizasiyası, Spelling checker proqramı, elektron lüğətlər, maşın tərcüməsi və s.), maşın tərcüməsi sistemlərinin üstünlüklərindən (böyük sürət, tərcümənin maya dəyərinin aşağı olması, operativ istifadə etmək imkanı və s.) söhbət açdı.