Submitted by admin on 4 December, 2008 - 15:33.
|
Avropada Maşın Tərcüməsi sahəsində elmi
tədqiqatları özündə birləşdirən və bu sahədə
aparıcı təşkilat olan Avropa Maşın Tərcüməsi
Assosasiyası (European Assosiation for Machine
Translation - EAMT - http://www.eamt.org
)Dilmanc Maşın Tərcüməsi Sisteminin yaradıcı
qrupunu da Assosasiyanın Avropada MT
sistemlərinin yaradılması sahəsində fəaliyyət
göstərən qrupları siyahısına daxil
etmişdir.Dilmanc tərcümə sisteminin internet
saytı da təşkilatın internet saytındakı siyahıya
əlavə edilmişdir
http://www.eamt.org/researchgroups.php Bu
hadisəDilmanc yaradıcı qrupunun üzvu Rauf
Fətullayevin 22-23 Sentyabr 2008-ci il
tarixlərində Almaniyanın Hamburq şəhərində
Avropa Maşın Tərcüməsi Assosasiyasının keçirdiyi
EAMT 2008 konfransında iştirak etməsindən sonra
baş vermişdir. R.Fətullayev konfrans zamanı
"Azərbaycan dili üçün MT Sisteminin lüğətinin
yaradılmasının xüsusiyyətləri" ("Peculiarities
of the development of the dictionary for the MT
System from Azerbaijani") adlı məqalə ilə çıxış
edərək, Dilamanc MT Sistemini Avropalı
tədqiqatçılara və Avropada MT Sistemləri
hazırlayan şirkətlərin nümayəndələrinə nümayiş
etdirmişdir. Türk dilləri kompüter linqvistikası
baxımından az tədqiq olunmuş dillər olduğundan
və bugünə qədər praktik tərcümə sistemi
yaratmağa imkan verən texnologiyalar
olmadığından, çıxış böyük maraqla
qarşılanmışdır. Türk dilləri üçün ilk dəfə
aparılmış tədqiqatlar haqqında iştirakçılara
məlumat verilmiş onları maraqlandıran məsələlər
müzakirə edilmişdir. Avropa Maşın
Tərcüməsi Assosasiyası haqqında Avropa
Maşın Tərcüməsi Assosasiyası (European
Association for Machine Translation - EAMT maşın
tərcüməsi və digər elektron tərcümə alətləri
sahəsində araşdırma aparan tədqiqatçıları,
kompüter proqramlarının yaradıcılarını,
istifadəçilərini və bu sahədəki digər
təşkilatları özündə birləşdirən qurumdur. EAMT
Beynəlxalq Maşın Tərcüməsi Assosasiyasının 3
regional təşkilatından biridir (Amerika, Asiya
və Avropa MT Assosasiyaları). Digər 2 regional
təşkilatla birlikdə EAMT 2 ildən bir Maşın
Tərcüməsi Sammitini və hər il EAMT konfransını
təşkil edir. Bu tədbirlərdə MT sahəsində
Dünyanın və Avropanın ən tanınmış alimləri və MT
Sistemlər hazırlayan aparıcı şirkətlərin
nümayəndələri iştirak edir. EAMT 1991-ci ildə
İsveçrədə qeydiyyatdan keçirilmiş gəlirsiz
təşkilatdır. |
|
|