Home

Mürəkkəb cümlələrin tərcümə keyfiyyəti artırılıb

ANS PRESS
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində «Dilmanc» maşın tərcüməsi sisteminin təkmilləşdirilmiş yeni variantı istifadəyə verilib.

Bu sistem mətnləri Azərbaycan-ingilis, ingilis-Azərbaycan, türk-Azərbaycan istiqamətləri üzrə avtomatik tərcümə edir. Sistemin söz bazalarında 250 000-dən çox söz və söz birləşməsi var. Sistemin yeni təkmilləşdirilmiş versiyasında mürəkkəb cümlələrin tərcümə keyfiyyəti artırılıb, proqramın söz bazası zənginləşdirilib, proqramın iş sürəti də artırılıb. Həmçinin proqramın interfeysini Azərbaycan, ingilis və türk dillərinə dəyişmək imkanı, proqramla işləməyi asanlaşdırmaq üçün digər yeni imkanlar əlavə edilib.

«Dilmanc» maşin tərcümə sisteminin yeni 2.5 versiyası artıq www.dilmanc.az saytında yerləşdirilib. Saytdan «Dilmanc» tərcümə sisteminin beta-versiyasını kompyuterə ödənişsiz yükləmək mümkündür. Proqram təkmilləşdirilmə mərhələsində olduğundan vaxtaşırı istifadəçilərin təklifləri nəzərə alınmaqla yenilənir. /ANS PRESS/

Reply

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options

CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.

©  dilmanc.az