Maşın tərcüməsinin üstünlükləri və mənfi cəhətləri
Maşın tərcüməsinin üstünlükləri
Yüksək sürətli tərcüməMT sistemlərinin istifadə edilməsi, böyük həcmdə mətnlərin tərcümə edilməsi üçün tələb olunan vaxtı dəfələrlə azaltmağa imkan verir.
Ucuz qiymət
Professional tərcüməçilərin xidmətlərindən istifadə edərkən biz hər tərcümə olunmuş səhifəyə görə pul ödəməyə məcburuq. Amma çox vaxt mətnin ideal tərcüməsini almağa ehtiyac olmur, yalnız göndərilmiş məktubun mənasını və ya internet səhifəsinin məzmununu başa düşmək lazımdır. Bu halda, şübhəsiz, MT sistemi etibarlı və effektiv köməkçi olacaq.
Məxfilik
Çoxlu istifadəçi daim MT sistemlərini öz şəxsi məktublarının tərcüməsi üçün istifadə edir, çünki hər adam öz şəxsi yazışmalarını tanımadığı tərcüməçiyə verməyə razı olmaz və ya maliyyə sənədlərinin tərcüməsini etibar etməz.
Universallıq
Adətən professional tərcüməçi bir mövzunun mətnlərinin tərcüməsi üzrə ixtisaslaşır. Tərcümə proqramı cürbəcür sahələrdən olan mətnlərin tərcüməsi ilə bacarar: ixtisaslaşdırılmış terminlərin düzgün tərcüməsi üçün sadəcə lazım olan kökləmələri qoşmaq lazımdır.
Onlayn tərcümə və internet səhifələrinin məzmununun tərcüməsi
İnformasiyanın onlayn tərcüməsi xidmətin üstünlükləri göz qabağındadır. Onlayn tərcümə servisləri həmişə əl altındadır və lazım olan anda informasiyanı tez tərcümə etməyə kömək edirlər. Bundan başqa bu gün tərcümə sistemlərinin köməyi ilə internet səhifələrinin məzmununu və axtarış sistemlərinin sorğularını tərcümə etmək olur.
Maşın tərcüməsinin çatışmazlıqları
Yüksək dəqiqliyin olmamasıTərcümə zamanı yüksək dəqiqlik tələb olunan rəsmi sənədlərin, müqavilələrin və s. tərcüməsini kompüterə həvalə etmək olmaz, çünki maşın tərcüməsi dəqiq yox, anlaşlıqlı qaralama tərcümə təmin edir. Bununla belə, belə sənədlərin kompüterdə qaralama tərcüməsini alıb, onun üzərində işləyib dəqiqləşdirmək çox əlverişlidir.
Çoxmənalı sözlərin və ya cümlələrin çox işləndiyi mətnlərdə aşağı keyfiyyət
Müəyyən situasiyalarda, tərcümə sistemləri formal qaydalarla tərcümə həyata keçirdikləri üçün, insanlar kimi öz dünya görüşündən, təcrübəsindən, cümlənin kontekstindən istifadə edərək çoxmənalı sözü nəcə tərcümə etmək qərarını verə bilmir. Bu səbəbdən çoxmənalı sözlərin və cümlələrin çox işləndiyi mətnlərdə (misal üçün bədii əsərlərdə) yüksək keyfiyyət təmin edilmir