Maşın tərcüməsi nədir?
Maşın tərcüməsi sistemi nədir? Maşın tərcüməsi sistemi bir təbii dildə olan mətnin digər təbii dildə keyfiyyətli qaralama tərcüməsini almaq üçün yaradılan kompüter proqram sistemidir. Xarici dil bilməyən istifadəçilərə, hətta, aşağı keyfiyyətli maşın tərcüməsi belə çox əhəmiyyətli kömək göstərə bilər. Mütləq stilistik dəqiqliyin tələb olunmadığı və vaxt məhdudluğu başlıca meyar olduğu hallarda – belə hallar isə kompüter istifadəçiləri üçün böyük əksəriyyət təşkil edir (xüsusilə İnternetdən istifadə edərkən, məsələn, tapılmış mətnlərin sorğulara relevantlığını qiymətləndirərkən) – maşın tərcüməsi sistemləri istifadəçilər üçün əvəzedilməz köməkçiyə çevrilir.
» Maşın tərcüməsinin üstünlükləri
» Dilmanc tərcümə sistemini yüklə
» Maşın tərcüməsinin üstünlükləri
» Dilmanc tərcümə sistemini yüklə