İlk səhifə

Nitqin tanınması sistemi

Nitqin tanınması sistemi
Nitqin tanınması sistemi vasitəsilə klaviaturadan istifadə etmədən, kompyuterə mətni mikrofona demək vasitəsilə daxil etmək mümkündür. Sistem avtomatik olaraq insan nitqini yazıya çevirir və klaviatura ilə yazmaqdan 4 dəfə daha sürətli mətn daxil etməyə imkan verir. Buna görə də böyük həcmli yazı tələb olunan sahələrdə də nitqin tanınması sistemləri uğurla tətbiq olunur. Bundan başqa, bu sistem həmçinin kompyuteri və digər qurğuları səslə idarə etməyə imkan yaradır.

Tətbiqləri

Nitqin tanınması sistemi Dilmanc layihəsinin əsas prioritetlərindən biri - telefon danışığını avtomatik tərcümə edən Telefon-Tərcüməçi sisteminin əsas komponentlərindən biridir.
» Daha ətraflı

Şifahi əmrlərin tanınması sistemi görmə qüsuru olan insanlar üçün yaradılmış səslə idarə olunan mini kompüterdə tətbiq edilmişdir
» Daha ətraflı

Təqdimatı

Dilmanc nitqin tanınması sistemi ilk dəfə ITU Telecom World 2009 sərgisində Telefon-Tərcüməçi sisteminin tərkib hissəsi kimi təqdim edilmişdir
» Daha ətraflı
Sistemin daha sonrakı təkmilləşdirilmiş forması 2010-cu ildə "BakuTel-2010" XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində təqdim olunmuşdur.
» Daha ətraflı
Nitqin tanınması sisteminin təkmilləşdirilərək istifadəyə verilməsi üzərində işlər gedir.

©  dilmanc.az