Dilmanc mətnin səsləndirilməsi sistemi istifadəyə verilmişdir
![]()
Dilmanc layihəsi çərçivəsində yaradılmış mətnin səsləndirilməsi sistemi (Text to Speech) dilmanc.az səhifəsində onlayn istifadəyə verilmişdir. Səhifədə Azərbaycan dilində mətn daxil edərək onun səslənməsinə qulaq asmaq mümkündür. Bundan əlavə, səslənmə faylını mp3 formatında endirmək imkanı da əlavə edilmişdir ki, bu da həmin mətnə sonradan telefonda və ya pleyerdə qulaq asmaq imkanı yaradır.
Qeyd edək ki, Dilmanc mətnin səsləndirilməsi sistemi Azərbaycan dili üçün ilk belə proqramdır. Səsləndirmə alqoritmi yenilənmişdir və əvvəlki versiyadakından fərqli elmi yanaşmaya əsaslanır.
Layihə rəhbəri t.e.n. Əbülfət Fətullayevin sözlərinə görə, sistem gələcəkdə telefon danışığını avtomatik tərcümə edən telefon-tərcüməçi sisteminin tərkib hissəsi kimi istifadə ediləcək. Mətnin səsləndirilməsi sisteminin həmçinin mobil qurğulara adaptasiya olunması nəzərdə tutulur.
Sistemdən aşağıdakı ünvana daxil olmaqla istifadə etmək olar:
http://www.dilmanc.az/az/project/tts