İlk səhifə

Dilmanc layihəsinin təqdim etdiyi mini kompyuter “BakuTel-2011” sərgisində böyük maraqla qarşılanmışdır.

Dilmanc layihəsinin təqdim etdiyi kor və görmə məhdudiyyəti olan insanlar üçün mini kompyuter “BakuTel-2011” sərgisində böyük maraqla qarşılanmışdır.

Sərginin açılış mərasimində prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etmişdir.  Dövlət başçısı və xanımı açılış zamanı sərgi iştirakçısı olan təşkilatların və şirkətlərin stendləri ilə yaxından tanış olmuşdur. Onlar həmçinin Dilmanc layihəsi və “Neyro Tex” MMC tərəfindən hazırlanmış kor və görmə məhdudiyyəti olan insanlar üçün mini kompyuterlə də tanış olmuşlar . Qonaqlar arasında Beynəlxalq Telekommunikasiya İttifaqının sədri Həmadun Ture və bir çox xarici dövlət rəsmiləri də olmuşlar . Bu qurğu hal - hazırda sərginin ən maraqlı eksponatlarından biri hesab olunur.


Çox gözəl də...

Çox gözəl də, kompyuterin özü haqdada məlumat yazsanız , və ya keçid versəniz daha gözəl olardı. Sevindirici haldır ki Azərbaycan İT məkanındada səylə çalışanlar var. Təşəkkürlər.

©  dilmanc.az