İlk səhifə

Prezident İlham Əliyev "Dilmanc" telefon-tərcüməçi ilə tanış olmuşdur

Комментарий, на который вы пытаетесь ответить, больше не существует.
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Həmədun Ture Noyabrın 4-də Bakutel-2009 sərgisinin açılışında iştirak etmişlər. Sərginin pavilyonları ilə tanış olan dövlətimizin başçısına burada nümayiş olunan məhsullar və xidmətlər haqqında ətraflı məlumat verilib. Prezident və xanımı sərginin əsas eksponatlarından olan "Dilmanc" telefon-tərcüməçi ilə də tanış olublar. Sistemin nümayişindən sonra Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Əli Abbasov prezidentə sistem və görülmüş işlər haqqında daha ətraflı məlumat vermişdir. Dövlət başçısı sistemi çox bəyəndiyini bildirmiş, layihə qrupunu təbrik etmiş və gələcək müvəffəqiyyətlər arzulamışdır.

Telefon-tərcüməçi sistemi ilə yanaşı, Dilmanc yaradıcı qrupu sərgidə Azərbaycan dili üçün ilk dəfə yaradılmış daha 2 böyük sistem - nitqin tanınması və mətnin səsləndirilməsi sistemlərini nümayiş etdirmişdir.

Nitqin tanınması sistemi vasitəsilə klaviaturadan istifadə etmədən, kompüterə mətni mikrofona demək vasitəsilə daxil etmək mümkündür. Sistem avtomatik olaraq insan nitqini yazıya çevirir və klaviatura ilə yazmaqdan 3-4 dəfə daha sürətli mətn yazmağa imkan verir. Bu sistem həmçinin gələcəkdə kompüteri və digər qurğuları səslə idarə etməyə imkan yaradacaq. Belə ki, elektron poçta daxil olmaq, məktub yazmaq, internetdə axtarış aparmaq, proqramlarla işləmək və s. səsli əmrlərlə yerinə yetiriləcək. Hal-hazırda sistem 130 000-dən çox söz-formanı tanıya bilir və 85% dəqiqliyə malikdir.

Mətnin səsləndirilməsi sistemi isə kompüterdəki mətni insan səsi ilə oxuyur. İstifadəçilər Azərbaycan dilindəki mətni proqrama daxil edərək onun oxunuşuna qulaq asa biləcəklər. Bu proqram vasitəsilə məktublar, sənədlər və digər mətnlərlə daha az vaxt sərf etməklə və yorulmadan - oxunuşuna qulaq asmaqla tanış olmaq mümkün olacaq. Sistem həmçinin verilmiş mətnin oxunuşunu mp3 formatında yadda saxlamaq imkanı yaradacaq ki, bununla da həmin mətnə ixtiyari yerdə olarkən, mobil telefonda və ya pleyerdə qulaq asmaq mümkün olacaq.

bu proqrami nece elde etmek

bu proqrami nece elde etmek olar?

Hal hazırda proqram təkmilləşdirilir

Hal hazırda proqram təkmilləşdirilmə mərhələsindədir. İlkin versiya üzərində işlər tamamlandıqdan sonra bu haqda saytda xəbər dərc ediləcəkdir.

Dimanc

Xahish edirem ki DILMANC-in yeni veriyasinda RUS-dilinde tercume etmek movcud olsun

dilmanc

nə qədər yeni dilmanc çıxa bizim köməyimizə heç vaxt çatmıyacaq. 1 dənə olsun yaxşı olsun.mətn tərcüməsində özündən sözlər kəşf eləyir sizin bu dilmanc.Heçnəyə yaramır bir söznen BERBAD

dilmac

Lap ela proqramdir.Sadce dogru yazmagq lazimdir.

Bu proqram vasitəsilə

Bu proqram vasitəsilə məktublar, sənədlər və digər mətnlərlə daha az vaxt sərf etməklə və yorulmadan !
miami attorney zone

Rauf

programin daha yeni versiyasi ne vaxt cixacaq?

Hasanaga

Zehmet cekenler sag olsun

salamlar

men sizin lahihenizi cox beyendim. bu sistemin hem telefon hemde kompyuter variantini sayta yukleses cox ozel olardi.

Salam

Mence de bu proqramin hem Mobile, hem de PC versiyasini sayta yerleshdirsez ela olardi. Menim fikrimce her ikisine de eyni seviyyede telabat var.
Diqqetinize gore chox sagholun.


©  dilmanc.az 2010