İlk səhifə

Google Tərcümə sistemi

Google maşın tərcüməsi sistemi mətnin bir hissəsini və ya veb səhifəni tərcümə olunan abzasların sayına və ya texniki terminlər silsiləsinə məhdudiyyətlər qoyulmaqla digər dillərə tərcümə üçün Google İnc. tərəfindən göstərilən xidmətdir. Bəzi dillər üçün, istifadəçilərdən texniki terminlərdə olduğu  kimi tərcümə prosesinə gələcək yeniliklər olaraq daxil ediləcək alternativ tərcümələr tələb olunur.

SYSTRAN-dan istifadə edən Babel Fish AOL və Yahoo  kimi digər tərcümə xidmətlərindən fərqli olaraq,  Google öz tərcümə proqramından faydalanır.

Funksiyalar

Bu xidmətə həmçinin bütün veb səhifənin tərcüməsi daxildir. Tərcümə hər veb səhifədə abzasların sayı ilə məhdudlaşır (<br> bölgü teqləriylə işarə olunaraq); lakin əgər veb səhifədəki mətn  üfüqi ştrixlərlə çəkilmiş təsvirlərlə bölünürsə  (<br>-dən istifadə etmədən avtomatik sətirdən-sətirə ötürülmə vasitəsilə) bir neçə min sözdən ibarət uzun veb səhifə də tərcümə oluna bilər.

Digər avtomatik tərcümə vasitələri kimi Google Translate-in də məhdudiyyətləri vardır. O, istifadəçiyə xarici dildə olan mətnin ümumi məzmununu anlamağa kömək etdiyi halda, dəqiq tərcümə vermir və nəşr standartlarına uyğun məzmun təqdim etmir, məsələn, o, bir çox hallarda sözləri mətndən ayrı tərcümə edir və heç bir qrammatik qayda tətbiq etmir.

Approach

Google tərcümə statistik maşın tərcüməsi adlı yanaşmaya, daha doğrusu 2003-cü ildə sürətli maşın tərcüməsiylə bağlı DARPA yarışının qalibi olmuş Franz-Jozef Och-un tədqiqatlarına əsaslanır. Och hal-hazırda Google maşın tərcüməsi departamentinin rəhbəridir.

Och-un fikrincə yeni dil cütlükləri üçün başlanğıcdan faydalı maşın tərcüməsi sistemi yaratmaq üçün milyondan artıq sözdən ibarət iki dilli mətn korpusları (və ya paralel kolleksiyalar) və hər birində milyarddan artıq söz olmaqla iki tək dilli mətnlər toplusu lazımdır. Sonra bu məlumatdan alınan statistik modellər həmin dillər arasında tərcümə etmək üçün istifadə olunur.

Belə geniş həcmdə linqvistik məlumatları əldə etmək üçün Google BMT-nin sənədlərindən istifadə etmişdir. Həmin sənəd bütün altı rəsmi BMT dillərində əldə oluna bilər, belə ki, Google hal-hazırda insan tərcüməsi dəyərində 20 milyard sözdən ibarət 7 dil korpusuna malikdir. 

Ərəb və Çin dillərinin  rəsmi BMT dilləri olması Google-un BMT-də rəsmi dillər olmayan Yapon və Alman dilləri ilə deyil, ilk növbədə bu dillərlə İngilis dili arasında tərcümənin inkişafına diqqət yetirməsinin əsas səbəblərindən biridir.

Google nümayəndələri Yaponiyada bu sahədə keçirilən yerli konfranslarda çox fəal iştirak etmişlər və tədqiqatçılardan onları ikidilli mətn topluları ilə təmin etmələrini xahiş etmişlər.

Seçimlər

(xronoloji ardıcıllıqla)

  • Başlanğıc
    • İngilis dilindən Ərəb dilinə
    • İngilis dilindən Fransız dilinə
    • İngilis dilindən Alman dilinə
    • İngilis dilindən İspan dilinə
    • Fransız dilindən İngilis dilinə
    • Alman dilindən İngilis dilinə
    • İspan dilindən İngilis dilinə
    • Ərəb dilindən İngilis dilinə
  • 2-ci mərhələ
    • İngilis dilindən Portuqal dilinə
    • Portuqal dilindən İngilis dilinə
  • 3-cü mərhələ
    • İngilis dilindən İtalyan dilinə
    • İtalyan dilindən İngilis dilinə
  • 4-cü mərhələ
    • İngilis dilindən Çin dilinə (Sadələşdirilmiş) BETA
    • İngilis dilindən Yapon dilinə BETA
    • İngilis dilindən Koreya dilinə BETA
    • Çin dilindən (Sadələşdirilmiş) İngilis dilinə BETA
    • Yapon dilindən İngilis dilinə BETA
    • Koreya dilindən İngilis dilinə BETA
  • 5-ci mərhələ (2006-cı il Dekabr ayında buraxılmışdır)
    • İngilis dilindən Rus dilinə BETA
    • Rus dilindən İngilis dilinə BETA
  • 6-cı mərhələ (2006-cı il Aprel ayında buraxılmışdır)
    • İngilis dilindən Ərəb dilinə BETA
    • Ərəb dilindən İngilis dilinə BETA
  • 7-ci mərhələ (2007-ci il Fevral ayında buraxılmışdır)
    • İngilis dilindən Çin dilinə (Ənənəvi) BETA
    • Çin (Ənənəvi) dilindən İngilis dilinə BETA
    • Çin (Sadələşdirilmişdən Ənənəviyə) BETA
    • Çin (Ənənəvidən Sadələşdirilmişə) BETA
  • 8-ci mərhələ(2007-ci il Oktyabr ayında buraxılmışdır)
    • Bütün 25 dil cütlüyü Google maşın tərcüməsi sistemindən istifadə edir
  • 9-cu mərhələ
    • İngilis dilindən Hind dilinə BETA
    • Hind dilindən İngilis dilinə BETA
  • 10-cu mərhələ (Bu mərhələdə tərcümə istənilən iki dildə aparıla bilər) (2008-ci il May ayında buraxılmışdır)
    • Bolqar
    • Xorvat
    • Çex
    • Danimarka
    • Fin
    • Hind
    • Norveç
    • Polyak
    • Rumın
    • İsveç

©  dilmanc.az