İlk səhifə

Azərbaycanda ilk elektron əks əlifba lüğəti hazırlanıb

APA-ECONOMICS
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının Bakı ofisinin «Dilmanc» maşın tərcüməsi sisteminin yaradılması ilə bağlı birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni, son variantı əsasında ilk elektron əks əlifba lüğəti hazırlanıb.

Layihədən «APA-ECONOMICS»ə verilən məlumata görə, adi lüğətlərdən fərqli olaraq, əks lüğətlərdə sözlər başlanğıcdan sona doğru deyil, sondan başlanğıca doğru əlifba sırası ilə düzülür. Adi lüğətlərdə eyni başlanğıca, əks lüğətlərdə isə eyni sonluğa malik sözlər eyni qrupda yerləşir. Əks lüğətlərdən avtomatik tərcümə alqoritmlərinin qurulmasında, təhlil və sintez alqoritmlərində istifadə olunur. Təhlil üsullarından biri söz-formalardan şəkilçiləri ayırdıqdan sonra qalan hissənin avtomatik lüğətdə axtarılmasından ibarətdir. Bu prosesdə şəkilçilərin və söz formaların sonunun omonimliyi ilə əlaqədar bir çox yanlış ayırmalara yol verilə bilər. Əks lüğətlər tədqiqatçıya belə halları nəzərə alaraq asanlıqla aradan qaldırmağa kömək edir.

Azərbaycanda ilk elektron əks əlifba lüğəti hazırlanıb

Təhlil üsullarından biri söz-formalardan şəkilçiləri ayırdıqdan sonra qalan hissənin avtomatik lüğətdə axtarılmasından ibarətdir. Bu prosesdə şəkilçilərin və söz formaların sonunun omonimliyi ilə əlaqədar bir çox yanlış ayırmalara yol verilə bilər. Əks lüğətlər tədqiqatçıya belə halları nəzərə alaraq asanlıqla aradan qaldırmağa kömək edir.

1Y0-A05 ! 1Y0-A06 ! 1Y0-A08

salam

bu yaxshi haldir ki, Azerbaycanda bu sahede inkishafa diqqet cox ayrilmishdir. biz Azerbaycan internet istifade,ileri ucun bu elad vasiteder buna gore sizlere minnetdarliq amma bu lugetin ne ucun istifadesi ucun gehish izahata ehtiyac var. Xahish edirik buna daha aydinliq getirmek ucun izahata cax yer ayirin


©  dilmanc.az 2010