Orfoqrafiya lüğəti

Diqqət: Bu lüğət keçmiş orfoqrafiya qaydalarına əsaslanır (26 may 2004)

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni orfoqrafiya qaydaları əsasında tərtib edilmişdir.
Lüğət həcminə, sözlərin sayına görə əvvəlki nəşrlərdən fərqlənir. Belə ki, 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş sonuncu “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (artırılmış və təkmilləşdirilmiş üçüncü nəşri) cəmi 58 000 sözü əhatə edirdisə, latın qrafikası ilə nəşr olunan yeni orfoqrafiya lüğətində 80 000-ə yaxın sözün düzgün yazılışı göstərilmişdir.
Oxuculara təqdim olunan orfoqrafiya lüğətini AMEA-nın Nəsimi adına Dilçilik institutunun lüğət şöbəsinin əməkdaşları hazırlamışlar. Lüğətin redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ağamusa Axundovdur.
Orfoqrafiya lüğəti AMEA-nın Nəsimi adına Dilçilik institutunun Elmi Şurasının 10 mart 9004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur.
Lüğətin elektron variantını tərtib edənlər: professor Məsud Mahmudov və t.e.n Əbülfət Fətullayev.


Orfoqrafiya lüğətini yüklə
Yüklənmə sayı: 14027
»   Şərhləri göstər


© dilmanc.az