Xəbərlər
Dilmanc layihəsi Tibo-2013 sərgisində bir çox yeniliklər təqdim etmişdir
Müəllif: admin Tarix: 25 Aprel, 2013 - 13:09.
Dilmanc layihəsi aprelin 23-26-da Minskdə (Belarus) keçirilən TİBO-2013 telekommunikasiya və informasiya sərgi-konqresində iştirak edir. Dilmanc layihəsi Tibo 2013 sərgisində də bir çox yenilikləri təqdim edir. Sərgidə 15 dünya ölkəsinin 300-dən çox şirkətinin məhsulları nümayiş olunur. İştirakçılar informasiya texnologiyaları sahəsinin müxtəlif istiqamətləri üzrə innovasiya həllərini təqdim edirlər. Sərgidə nümayiş etdirilən Azərbaycan dili üçün nitqin tanınması sistemi mətni kompüterə mikrofon vasitəsilə daxil etməyə imkan verir. Klaviaturada yığmaq əvəzinə, mətn mikrofona imla şəklində deyilir və sistem vasitəsilə avtomatik yazıya çevrilir. Bu proqram klaviaturada yığmağa nisbətən 3-4 dəfə sürətli mətn daxil etməyə imkan verməklə yanaşı, klaviatura ilə işləməkdə çətinlik çəkən insanların, həmçinin əlil və görmə qüsuru olan istifadəçilərin isini asanlaşdırır. Hal-hazırda sistem 1 milyona yaxın söz-forma tanıya bilir və tanıma keyfiyyəti 92%-dən yuxarıdır. Sistemin keyfiyyətinin daha da artırılaraq yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.
Mətnin səsləndirilməsi sisteminin yeni versiyası istifadəyə verilmişdir
Müəllif: admin Tarix: 27 Mart, 2013 - 17:21.![]()
Mətnin səsləndirilməsi sisteminin yeni versiyası istifadəyə verilmişdir. Belə ki, bu versiyada intonasiya ilə bağlı bəzi problemlər həll olunmuş, sual və nəqli cümlələrin intonasiyası və səs tonu təkmilləşdirilmiş, durğu işarələri və pauza kimi problemlər qismən həll olunmuşdur.
Qeyd edək ki, Dilmanc mətnin səsləndirilməsi sisteminin daha da təkmilləşdirilmiş versiyalarının hazırlanması üzrə işlər davam edir.
Dilmanc mətnin səsləndirilməsi sistemindən aşağıdakı ünvana daxil olmaqla istifadə etmək olar:
http://tts.dilmanc.az
«Dilmanc» türk dilləri arasında ilk maşın tərcümə sistemidir
Müəllif: admin Tarix: 6 Dekabr, 2012 - 13:20.
«Rus dilindən Azərbaycan dilinə statistik maşın tərcümə sistemi düzəltmişik»Əbülfət Fətullayev: «Translate.az saytına daxil olub rus dilində mətni qoymaqla bu prosesdən istifadə etmək mümkündür»
Son dövrlər Azərbaycanda internet sürətlə inkişaf edir. Bu sektorun ölkənin qabaqcıl sahəsinə çevrilməsi hökumətin də prioritet məsələləri sırasındadır. İnternet geniş şəbəkəyə malik olduğundan burada tərcümə proqramlarını da həyata keçirmək mümkündür. Azərbaycanda internet resurslarındakı məlumatların xarici dilllərdən ana dilinə tərcümə məsələsi tədricən də olsa öz həllini tapmaq üzrədir. Tərcümə proqramları və ümumiyyətlə internetin ölkəmizdə inkişafı barədə geniş məlumat almaq üçün «Dilmanc» layihəsinin direktoru Əbülfət Fətullayevə müraciət etdik.
Öncə o, tərcümə proqramının təkmilləşdirilməsi istiqamətində hansı addımların atıldığına aydınlıq gətirdi.
- Azərbaycan dilində tətbiqi linqvistik texnologiyaların tətbiqinə 2003-cü ildən başlanılıb. Onda biz ilk dəfə olaraq Azərbaycan dilindən ingilis dilinə ilk maşın tərcüməsi düzəltdik. Bu türk dilləri arasında ilk və yeganə maşın tərcümə vasitəsi idi. Maşın tərcümə sistemi yaratmaq üçün ilk texnologiya yaratdıq ki, ondan istənilən sistemdə tətbiq oluna bilər. Məsələn, maşın tərcüməsi metodu üçün patent almışıq.
«Nitqin tanınması proqramının birinci versiyasını yaratmışıq»
Müəllif: admin Tarix: 6 Dekabr, 2012 - 13:16.Artıq internetdə insan əməyinin yüngülləşdirilməsi istiqamətində də addımlar atılır. Hətta insanlar elektron ticarətdən yararlanmaqla belə istədikləri xidmətin təşkilinə nail olur, mal və məhsulu almaq imkanı əldə edirlər. Azərbaycan isə bu sahəyə hələ ki, yenicə qoşulmağa başlayıb. İnternetdə insan əməyinin yüngülləşdirilməsi, elektron ticarətin inkişafı və bu kimi sair məsələlərlə bağlı Rabitə və İnformasiya Texnologiyaları Hazirliyinin «Dilmanc» layihəsinin direktoru Əbülfət Fətullayevin fikirlərini öyrəndik.
“Dilmanc”: axtarışlar, nəticələr, perspektivlər
Müəllif: admin Tarix: 6 Dekabr, 2012 - 13:00.İnsan beyni necə işləyir? Təəssüf ki, bu sualın cavabını tapmaq hələ də mümkün olmamışdır. İnsanın hətta əlçatmaz görünən kosmos haqqında böyük kəşflərinə baxmayaraq, hələ də insan beynində gedən proseslər tam dəqiq başa düşülmür və insanın özü haqqında bildikləri kainat haqqında bildikləri ilə müqayisədə çox kiçik görünür.
Aşkar nailiyyətlərə baxmayaraq, xüsusilə insan beynində gedən proseslərin mahiyyəti hələ də aydın deyildir və məhz buna görə də dünya elmi süni intellekt yaradılması problemini həll etməkdən çox uzaqdır. Lakin buna baxmayaraq, insanın qəbul etdiyi və onun verdiyi reaksiyalar əsasında beyində gedən proseslərin təxmini modelinin qurulmasına cəhd olunur. Elə bir modelin qurulmasına cəhd göstərilir ki, onun əsasında kompyuter insan kimi “fikirləşsin”. Bəzi hallarda yaxşı nəticələr alınır, bəzi hallarda isə yox.
Azərbaycan dili üçün (o cümlədən digər dillər üçün də) linqvistik texnologiyaların yaradılması və tətbiqi sahəsindəki axtarışlar məhz bununla bağlıdır. Bu proqram əsasında insan beyninə daxil olan informasiyalardan və insanın verdiyi reaksiyalardan istifadə etməklə beyində gedən proseslər modelləşdirilir.
Dilmanc layihəsi Bakutel-2012 sərgisində bir çox yeniliklər təqdim etmişdir
Müəllif: admin Tarix: 6 Noyabr, 2012 - 12:08.
Dilmanc layihəsi bu ilki Bakutel 2012 sərgisində də bir çox yeniliklər təqdim etmişdir. Sərgidə nümayiş etdirilən Azərbaycan dili üçün nitqin tanınması sistemi mətni kompüterə mikrofon vasitəsilə daxil etməyə imkan verir. Klaviaturada yığmaq əvəzinə, mətn mikrofona imla şəklində deyilir və sistem vasitəsilə avtomatik yazıya çevrilir. Bu proqram klaviaturada yığmağa nisbətən 3-4 dəfə sürətli mətn daxil etməyə imkan verməklə yanaşı, klaviatura ilə işləməkdə çətinlik çəkən insanların, həmçinin əlil və görmə qüsuru olan istifadəçilərin isini asanlaşdırır. Hal-hazırda sistem 160 mindən çox söz-forma tanıya bilir və tanıma keyfiyyəti 91%-dən yuxarıdır. Sistemin keyfiyyətinin daha da artırılaraq yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.
Layihənin sərgidə təqdim etdiyi daha bir yenilik - daxil edilmiş mətni insan səsi ilə oxuyan mətnin səsləndirilməsi sistemidir. Bu proqram vasitəsilə istifadəçilər Azərbaycan dilindəki mətni proqrama daxil edərək onun oxunuşuna qulaq asa bilərlər. Bu proqram vasitəsilə məktublar, sənədlər və digər mətnlərlə daha az vaxt sərf etməklə və gözləri yormadan - oxunuşuna qulaq asmaqla tanış olmaq mümkündür. Sistem hal-hazırda http://tts.dilmanc.az saytında istifadəyə verilmişdir və istifadəçilər arasında çox populyardır.
Mətnin səsləndirilməsi sisteminə səsləndirmə sürətini dəyişmək imkanı əlavə edildi
Müəllif: admin Tarix: 14 Sentyabr, 2012 - 14:55.Mətnin səsləndirilməsi sisteminin yeni versiyası artıq hazırdır. Belə ki, sistemə əlavə olunmuş yeni funksiya istifadəçiyə daxil edilmiş mətnin səsləndirilməsi zamanı səsləndirmə sürətini istədiyi kimi tənzimləməyə imkan verir.
Qeyd edək ki, Dilmanc mətnin səsləndirilməsi sistemi bu ilin əvvəlində istifadəyə verilmişdir və sistemin yeni - daha da təkmilləşdirilmiş versiyalarının hazırlanması üzrə işlər davam edir.
Dilmanc mətnin səsləndirilməsi sistemindən aşağıdakı ünvana daxil olmaqla istifadə etmək olar:
http://www.dilmanc.az/az/project/tts
Dilmanc onlayn lüğətlər sisteminə Azərbaycan-ingilis və Azərbaycan-rus istiqamətləri də əlavə edildi
Müəllif: admin Tarix: 6 Sentyabr, 2012 - 09:59.Dilmanc onlayn lüğətlər sisteminə Azərbaycan-ingilis və Azərbaycan-rus istiqamətləri də əlavə edildi. Qeyd edək ki, bu lüğətlər sistemində tərcümə yalnız iki istiqamətdə - rus-Azərbaycan və ingilis-Azərbaycan istiqamətlərində aparılırdı. Yeni lüğətlərdə də əvvəlki lüğətlərdə olduğu kimi, yalnız sözlərin kökləri deyil, bütün söz formalar üzrə axtarış aparmaq olar. Həmçinin, yeni lüğətlərdə də istənilən söz birləşməsini və ya bütöv cümləni sözbəsöz tərcümə etmək imkanı verilmişdir. Eyni zamanda lüğətlərin söz bazaları da yenilənmişdir.
Qeyd edək ki, Dilmanc onlayn lüğətlər sisteminin ilk versiyası bu ilin əvvəlində istifadəyə verilmişdir və digər elektron lüğətlərdən fərqli olaraq bu lüğətlər sistemi yalnız söz köklərini deyil, həmçinin söz-formaları da tərcümə etməyə imkan verir.
Lüğətlərin təkmilləşdirilməsi və yeni tərcümə istiqamətlərinin yaradılması üzrə işlər davam etdirilir.
Lüğəti aşağıdakı ünvanda istifadə etmək olar:
http://dict.dilmanc.az
Dilmanc mətnin səsləndirilməsi sisteminin yeni versiyası
![]()
Dilmanc mətnin səsləndirilməsi sisteminin yeni versiyası layihənin saytında yerləşdirilmişdir. Bu versiyada Azərbaycan dilində yazılmış mətnlər üzrə nitqin sintezi alqoritmləri daha da təkmilləşdirilmiş və bunun nəticəsində səsləndirmə keyfiyyəti xeyli yüksəlmişdir. Daxil edilmiş mətnin maksimal uzunluğu isə 5000 simvoldan 15000 simvola qədər artırılmışdır.
Sistemdən aşağıdakı ünvana daxil olmaqla istifadə etmək olar:
http://www.dilmanc.az/az/project/tts
Dilmanc onlayn lüğətinə yeni imkanlar əlavə edilmişdir
İstifadəçilərin lüğətdən istifadəsini asanlaşdırmaq və tezləşdirmək məqsədilə “Dilmanc onlayn” lüğətlər sisteminə yeni funksiyalar əlavə edilmişdir. Yeni yaradılmış alqoritmlər vasitəsilə gerçəkləşdirilmiş bu funksiyalar:
1) söz-formanı lüğətə daxil etdikdə tərcümə istiqamətini avtomatik müəyyən etməyə və
2) istənilən söz birləşməsini (hətta bütöv cümləni də) sözbəsöz tərcümə etməyə imkan verir.
Bundan əlavə, lüğətin söz bazaları da yenilənmişdir.
Qeyd edək ki, Dilmanc onlayn lüğətinin Rus-Azərbaycan və İngilis-Azərbaycan tərcümə modulları bu ilin əvvəlində istifadəyə verilmişdir. Başqa elektron lüğətlərdən fərqli olaraq bu lüğətlər vasitəsilə yalnız sözlərin köklərini deyil, həm də söz-formaları tərcümə etmək mümkündür.
Lüğətlərin təkmilləşdirilməsi və yeni tərcümə istiqamətlərinin yaradılması üzrə işlər davam etdirilir.
İrad və təkliflərinizi forumda bildirin.