İlk səhifə

Vakansiya - Riyaziyyatçı

Nitqin tanınması, tərcümə, mətnin səsləndirilməsi və digər linqvistik texnologiyaların yaradılması üçün yanaşmalar müxtəlif riyazi nəzəriyyələrə əsaslanır. Bu sistemlərin yaradılmasında istifadə olunan öyrətmə, tanıma, səs siqnallarının analizi, mətnlərin təhlili və s. alqoritmlərin yaradılması zamanı bir çox riyazi məsələlərin həlli tələb olunur. Dilmanc qrupunun tərkibində riyaziyyatçının vəzifəsi aşağıdakılardır:

Vəzifələr

* Sistemlərin yaradılması zamanı ortaya çıxan riyazi məsələlərin mövcud həll yollarını araşdırmaq və ya sıfırdan həll etmək, həmçinin bu həll yolunu və onun realizasiyasını proqramçılara izah etmək
* Mövcud alqoritmlərin dəqiqliyinin artırılması yollarını araşdırmaq
* Verilmiş mövzular üzrə dünyada son elmi yenilikləri izləmək

Tələblər

* Ehtimal nəzəriyyəsi, optimallaşdırma və qraflar nəzəriyyəsi sahəsində universitetdə keçilmiş mövzuları yaxşı bilmək
* Müvafiq sahə üzrə bakalavr dərəcəsi
* İngilis dilini texniki dokumentasiyanı başa düşmək səviyyəsində bilmək (Daha yaxşı bilənlərə üstünlük verilir)

İş rejimi

Bazar ertəsi - Cümə günləri, 09:00 - 18:00

Əməkhaqqı

1000 - 1200 AZN

Əlaqə

CV-nizi info-at-dilmanc.az ünvanına göndərin



Paylaş:

Dilmanc

mən Dilmanc proqramini cooooooooox sevirem........bu saytda yazilanlar coooox xosuma geldi.hamisi eladir...

LAYIHENIN RIYAZI TEREFLERI HAQQINDA

DUSUNUREM LAYIENIZ COX EHEMIYYETLIDIR . BURDA RIYAZIYYATCININ VEZIFELERI DE AYDINDIR . LAKIN QOYULAN TELEBLERI YRINE YETIRMEK UCUN BIR RIYAZIYYATCI DEYIL BIR NECE NEFER QRUP SEKLINDE CALISSA DAHA EFFEKTIV NETICE ALINAR VE XETALAR BIR O GEDER AZ OLAR.
GORDUYUNUZ IS SISTEMLI VE UZUN BIR MUDDETI HEDEFLEYEN PROYEKTIR. BUNA GORE MESELENIN RIYAZI TEREFLERI VE ALQORITM MESELELERI HER YONU ILE NEZERE ALINMALI VE BUNA GORE HEREKET EDILMELIDIR . YAXSI OLARDI KI PROBLEMLE BIR RIYAZIYYATCI DEYIL BIR KOMANDA MESQUL OLSUN . BUTUN HALLARDA KOMANDA DAHA EFFEKTIV ISLEYIB VE DAHA AZ XETA ILE NETICE ELDE EDECEKDIR .

LAYIHENIN RIYAZI TEREFLERI HAQQINDA

BELKE DİLMANCDA RİYAZİYYAT İNSTİTUTU ACHAQ?

©  dilmanc.az