Vakansiya - Proqramçı
Dilmanc layihəsində siz minlərlə istifadəçi tərəfindən istifadə edilən və gələcəkdə istifadə ediləcək proqramların yaradılmasında və təkmilləşdirilməsində iştirak edəcəksiniz. Azərbaycanda çox populyar proqram təminatı hazırlamasına baxmayaraq, proqramçılar qrupu kiçikdir və istedadlı, yaradıcı insanlardan ibarətdir.
Bu komandanın üzvu kimi siz veb interfeyslərin hazırlanmasından başlayaraq, nitqin tanınması və tərcümə sistemləri kimi intellektual sistemlərin yaradılmasına qədər müxtəlif maraqlı məsələlərin həllində iştirak edəcəksiniz.
Vəzifələr
* Səslə idarəetmə sistemlərinin yaradılması
* Nitqin tanınması sisteminin təkmilləşdirilməsi
* Azərbaycan dilindən digər dillərə tərcümə sistemlərinin yaradılması
* Paylanmış hesablama alqoritmlərinin yaradılması
* Böyük həcmli (terabaytlarla) informasiya içərisində sürətli axtarış və öyrətmə alqoritmlərinin yaradılması
* Mobil və veb platformalar üçün interfeyslərin yaradılması
Tələblər
* C/C++, Java, C# və ya Delphi dillərindən birini yüksək səviyyədə bilmək
* Ən azı 1 il, komandada iş təcrübəsi
* Hər hansı real istifadə olunan sistemin yaradılmasında iş təcrübəsi
* İngilis dilini texniki dokumentasiyanı başa düşmək səviyyəsində bilmək (Daha yaxşı bilənlərə üstünlük verilir)
İş rejimi
Bazar ertəsi-Cümə günləri, 09:00 - 18:00
Əməkhaqqı
1300 - 1500 AZN
Əlaqə
CV-nizi info-at-dilmanc.az ünvanına göndərin
Paylaş: