Mətbuatda Dilmanc haqqında
Azərbaycanda ilk dəfə səsi mətnə çevirən proqram
xəbər olan səhifəyə link:
http://gunteleqraf.az/news.php?id=21364
«Nitqin tanınması proqramının birinci versiyasını yaratmışıq»
xəbər olan səhifəyə link:
http://www.xalqcebhesi.az/?p=112335
"Dilmanc İmla"nın ilk versiyası: Azərbaycan dilində danışıq nitqinin mətn şəklinə çevirməsinə imkan verecək
xəbər olan səhifəyə link:
“Dilmanc” mətnin səsləndirilməsi sistemi istifadəyə verilib
Müəllif: admin Tarix: 31 Yanvar, 2012 - 09:52.http://lent.az/xeber_85522_%E2%80%9CDilmanc%E2%80%9D_m%C9%99tnin_s%C9%99...
“Dilmanc” layihəsi çərçivəsində yaradılmış mətnin səsləndirilməsi sistemi (Text to Speech) dilmanc.az səhifəsində onlayn istifadəyə verilib. Lent.az-ın ictnews.az-a istinadən verdiyi məlumata görə, səhifədə Azərbaycan dilində mətn daxil edərək onun səslənməsinə qulaq asmaq mümkündür.
Bundan əlavə, səslənmə faylını mp3 formatında endirmək imkanı da əlavə edilib. Bu, həmin mətnə sonradan telefonda və ya pleyerdə qulaq asmaq imkanı yaradır.
“Dilmanc” mətnin səsləndirilməsi sistemi Azərbaycan dili üçün ilk belə proqramdır. Səsləndirmə alqoritmi yenilənib və əvvəlki versiyadakından fərqli elmi yanaşmaya əsaslanır.
Layihənin rəhbəri Əbülfət Fətullayevin sözlərinə görə, sistem gələcəkdə telefon danışığını avtomatik tərcümə edən telefon-tərcüməçi sisteminin tərkib hissəsi kimi istifadə ediləcəkdir. Mətnin səsləndirilməsi sisteminin, həmçinin mobil qurğulara adaptasiyası nəzərdə tutulur.
Azərbaycan dünyada ilk dəfə gözdən əlillər üçün mini kompyuter hazırlayıb
Müəllif: admin Tarix: 16 İyun, 2011 - 13:13.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın “NeyroTex” şirkəti tərəfindən kor və görmə qabiliyyəti zəif olan insanlar üçün dünyada ilk dəfə olaraq səslə idarə edilən mini kompyuterin sınaq nümunələri hazırlanıb. Milli.Az xəbər portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində ictimaiyyətə təqdim olunan yeni mini kompüteri yaratmaqda məqsəd kor və görmə qabiliyyəti zəif olan insanlara informasiya və kommunikasiya texnologiyalarından bərabər hüquqlu istifadəni təmin etməkdir.
Yeni qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsi ilə idarə olunması ilə fərqlənir. Mini kompyuter səsli əmrlər vasitəsilə, online rejimdə son yeniliklərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, bundan əlavə, telefon zənglərini qəbul etmək və onları cavablandırmaq kimi imkanlarla da təchiz olunub.
Qeyd edək ki, kompyuterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir. Gələcəkdə nitqin kompyuter vasitəsi ilə rus və ingilis dilinə tərcüməsi nəzərdə tutulub.
Azərbaycan dilində mətnlərin səsləndirilməsi indi mümkündür
Müəllif: admin Tarix: 5 Avqust, 2010 - 11:27.Artıq Azərbaycan dilində mətnlərin səsləndirilməsi mümkündür. Səsləndirmə proqramı yerli Dilmanc tərcümə layihəsinin bir hissəsidir. Bunun üçün Dilmanc layihəsinin rəsmi saytına girərək səsləndirmə proqramına istənilən mətni daxil etmək və səsli oxunuşunu dinləmək lazımdır.
http://www.dilmanc.az saytında olan məlumata görə, bu proqram vasitəsilə istifadəçilər məktub, xəbər və kitablara göz yormadan və işdən ayrılmadan qulaq asa biləcəklər.
Hazırda proqrama yalnız 200 simvol daxil etmək olur və "səsləndir" əmrini klikləyəndə mətn bir neçə saniyə sonra eşidilir.
Yerli internet mütəxəssisləri bu "körpə" proqramın yaradılmasını dəstəkləsələr də, tənqidlərini də əsirgəməyiblər.
"Bəzi xarici səsləndirmələrə Azərbaycan sözlərini də daxil edəndə oxudur. Ancaq sözlər əcnəbi ləhcədə danışıq effektini verir. Dilmancın proqramında isə mətni səsləndirən «səs»in ləhcəsi də elə Azərbaycan dilindədir. Buna görə üstünlüyü var."- deyə Şaiq Muradov bildirir.
O həmçinin deyir ki, "Hələki proqram təkmilləşdirmə mərhələsindədir. Ancaq proqram tam işləsə və API-lərini (APİ-application programming interface- proqramlaşdırma interfeysı) açsalar, xəbər saytları və bloglarda - qısaca mətn olan hər bir saytda bundan istifadə etmək mümkün olar.
Sayta mətnləri səsləndirmə funksiyası əlavə edilər və istifadəçilər həm oxucu, həm də dinləyici ola bilərlər."
İKT texnologiyaları və yeni növ xidmətlərin tətbiqi sürətlənir
Müəllif: admin Tarix: 22 Aprel, 2010 - 08:16.Paritet - İctimai-siyasi qəzet
"Dilmanc" layihəsi çərçivəsində Azərbaycan dili üçün ilk nitqin tanınması sistemi istifadəyə veriləcək.
Ölkənin davamlı iqtisadi inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları da əhəmiyyətli hesab olunur. Müasir dövrdə ölkəmizdə davamlı inkişafı siyasətinin prioritet istiqamətlərindən olan İKT bütün sosial-iqtisadi sahələrə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə və iqtisadiyyatın aparıcı sektorlarından birinə çevrilib.
Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır
Müəllif: admin Tarix: 13 Aprel, 2010 - 09:39.Dilmanc layihəsi çərçivəsində Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır. Sistemin ilkin versiyası bu ilin sonuna kimi ümumi istifadə üçün təqdim olunacaqdır. Hazırda layihə üzərində son tamamlama işləri aparılır.
"Dilmanc" layihəsinin əməkdaşları Azərbaycan Televiziyasının "Səhər" verilişində çıxış etmişlər
Müəllif: admin Tarix: 24 Noyabr, 2008 - 16:27.Noyabrın 24-ü Dilmanc layihəsinin əməkdaşları Rauf Fətullayev və Samir Şaqavatov Azərbaycan Dövlət Televiziyasının "Səhər" proqramında müsahibə vermişlər. R.Fətullayev Stokholm şəhərində keçirilmiş konfransdakı iştirakından, Dilmancın artıq Avropa və dünya alimləri arasında tanınmasından söhbət açmışdır. Bundan başqa, Dilmanc tərcümə sisteminin 2.5 versiyasında olan yeniliklərdən, Azərbaycanda ilk dəfə Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün nitqin tanınması sisteminin hazırlanması haqqında isə S.Şaqavatov məlumat vermişdir.