İlk səhifə

Dilmanc onlayn lüğəti istifadəyə verildi

Dilmanc layihəsinin saytında yeni Online Lüğətin ilk versiyası yerləşdirilib. Bu lüğətin hələlik yalnız rus-azərbaycan istiqaməti istifadəyə verilmişdir. Dilmanc elektron lüğətinin digər elektron lüğətlərdən fərqi onun təkcə söz köklərini deyil, həmçinin istənilən söz-formanı da tərcümə etməsindədir. Bundan əlavə, lüğətdə istənilən sözün müxtəlif tərcümə variantlarına uyğun nümunə cümlələrə baxmaq imkanı da vardır. Sayta daxil olaraq (http://dilmanc.az/az/project/dict) lüğətdən istifadə etmək mümkündür.
Qeyd edək ki, yaxın günlərdə ingiliscə-azərbaycanca online lüğət də istifadəyə veriləcəkdir.
Layihə çərçivəsində online lüğətin yeni versiyaları və yeni dil istiqamətləri üzərində işlər davam etdirilir.
Onu da qeyd edək ki, bu lüğət Dilmanc layihəsi çərçivəsində 2012-ci ilin əvvəlindən istifadəyə verilmiş ikinci linqvistik proqram məhsuludur.

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin
©  dilmanc.az