İlk səhifə

Vakansiya - Riyaziyyatçı

Nitqin tanınması, tərcümə, mətnin səsləndirilməsi və digər linqvistik texnologiyaların yaradılması üçün yanaşmalar müxtəlif riyazi nəzəriyyələrə əsaslanır. Bu sistemlərin yaradılmasında istifadə olunan öyrətmə, tanıma, səs siqnallarının analizi, mətnlərin təhlili və s. alqoritmlərin yaradılması zamanı bir çox riyazi məsələlərin həlli tələb olunur. Dilmanc qrupunun tərkibində riyaziyyatçının vəzifəsi aşağıdakılardır:

Vəzifələr

* Sistemlərin yaradılması zamanı ortaya çıxan riyazi məsələlərin mövcud həll yollarını araşdırmaq və ya sıfırdan həll etmək, həmçinin bu həll yolunu və onun realizasiyasını proqramçılara izah etmək
* Mövcud alqoritmlərin dəqiqliyinin artırılması yollarını araşdırmaq
* Verilmiş mövzular üzrə dünyada son elmi yenilikləri izləmək

Tələblər

* Ehtimal nəzəriyyəsi, optimallaşdırma və qraflar nəzəriyyəsi sahəsində universitetdə keçilmiş mövzuları yaxşı bilmək
* Müvafiq sahə üzrə bakalavr dərəcəsi
* İngilis dilini texniki mətnləri başa düşmək səviyyəsində bilmək (Daha yaxşı bilənlərə üstünlük verilir)

İş rejimi

Bazar ertəsi - Cümə günləri, 09:00 - 18:00

Əməkhaqqı

1000 - 1200 AZN

Əlaqə

CV-nizi info-at-dilmanc.az ünvanına göndərin



Paylaş:

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin
©  dilmanc.az