İlk səhifə

«Dilmanc» Sisteminin İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqaməti üzrə tərcümələri yaxın vaxtlarda istifadəyə veriləcək

      APA - ECONOMICS

     Azərbaycanda ilk «Dilmanc» Maşın Tərcümə Sisteminin İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqaməti üzrə tərcüməsinin ilkin versiyası üzərində aparılan işlər yekunlaşır.
     «APA-ECONOMICS»in məlumatına görə, layihənin əməkdaşı Rauf Fətullayev bildirib ki, İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqaməti üzrə tərcümələr yaxın vaxtlarda istifadəyə veriləcək. Bu tərcümələr 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində www.dilmanc.az saytında yerləşdiriləcək.
     R.Fətullayev qeyd edib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin birgə layihəsi çərçivəsində 2005-ci ildə yaradılmağa başlanılan yeni proqram təminatı – «Dilmanc»ın artıq Azərbaycan dilindən ingilis dilinə tərcüməsi üzrə ilk versiya hazırlanıb. Layihə çərçivəsində digər türk dillərinə maşın tərcümə sisteminin tətbiqi də mümkündür.
     Qeyd edək ki, «Dilmanc» tərcümə sistemini www.dilmanc.az saytından ödənişsiz kompüterə yükləmək mümkündür.

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin
©  dilmanc.az